news Image
2019.06.16
09:30
| A A A
Bakı sakinini cərəyan vuraraq öldürüb

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

"Report" xəbər verir ki, rayonun Seyyid Hüseyn küçəsində yaşayan 1969-cu il təvəllüdlü Yusifov Teymur Rəşid oğlunu evdə cərəyan vurub.

Zərərçəkmiş "təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılarkən, yolda keçinib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.