Əlaqə Arxiv
news Image
2019.06.17
11:50
| A A A
Lənkəran çayından meyit tapılıb

Lənkəran çayından 1 nəfərin meyiti çıxarılıb. Bu barədə Movqe.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərinin Sütəmurdov kəndində 1 nəfərin meyitinin (şəxsiyyəti dəqiqləşdirilir) Lənkəran çayından çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri meyiti sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Sizin Reklam Yeriniz