Əlaqə Arxiv
news Image
2019.06.20
13:29
| A A A
Bakıda qanlı hesablaşma - Küçədə kişini belə bıçaqladılar - FOTO

Bakıda baş verən qanlı hadisənin görüntüləri yayılıb.

Movqe.az baku.ws-ə istinadən bildirir ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla hərəkətdə olarkən "Mercedes C klass" markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Masallı rayon sakin Xəqani və onun qardaşı Aqil Ağayev ilə mübahisəsi yaranıb.

Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsiblər, düşməsini tələb edərək, məsələni aydınlaşdırmaqda israr ediblər.

Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.

Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sizin Reklam Yeriniz