news Image
2019.06.20
14:30
| A A A
"Səyyar-A" MMC cərimələnib

Azərbaycanda mətbəx əşyaları və avadanlıqlarının satışı üzrə ixtisaslaşmış "Səyyar-A" MMC  inzibati qaydada cərimə edilib.

"Report"un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinib.

Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə məsuliyyət nəzərdə tutan bu maddəyə görə, vəzifəli şəxslər min manat, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 may 2019-cu il tarixli qərarından "Səyyar-A" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

“Səyyar-A” şirkəti 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir.  Şirkət “WEST” məişət avadanlıqların Azərbaycana idxal edilməsində eksklüziv hüquqlara malikdir.