news Image
2012.05.04
18:12
| A A A
Dağıstanda partlayış baş verib

Rusiya Federasiyasına aid olan Dağıstan Respublikasının paytaxtı Mahaçqalada dünən axşam saatlarında  iki ayrı partlayış hadisəsi baş verib.Hadisədə 20 adam həyatını itirib, ən az 70 nəfər yaralanıb.

"Ria Novosti"nin polis qaynaqlarından əldə etdiyi məlumata görə, dünən axşam meydana gələn ilk partlama polis mərkəzinin yaxınlığında reallaşıb. Bölgəyə təhlükəsizlik gücləri və qurtarma qruplarının gəldiyindən 10 dəqiqə sonra  ikinci bir partlayış baş verib. Ölü və yaralıların sayının ikinci partlayışda artdığı ifadə olunub. Güclü partlayış səsləri bütün şəhərdə eşidilib.

Polis məmurları, Təxminən 20 ölüdən 12-sinin polis 3-nün isə qurtarma qrupuna aid olduqlarını bildirib. İtkin düşən vətəndaşların isə dəqiqləşdirilməsi üzrə iş aparılır. Bunun intihar hərəkəti olub olmadığı hələ dəqiqləşməyib. Polis qaynaqları iki partlayışın terror aktı olma ehtimalının yüksək olduğunu ifadə edib.

"Interfax" xəbər agenliyi, ölülərin sayının arta biləcəyindən narahatlıq olduğunu, çıxan yanğın və partlayışdan ən az  20 ləvazimata zərər dəydiyini eşitdirib.

Dağıstanın Respublika başçısı Maqomedsalam Maqamedovun Moskva ziyarətini yarıda kəsərək Mahaçqalaya qayıtdığı bildirilib.


Ziba Yusifova

Movqe.Az