Əlaqə Arxiv
news Image
2019.06.21
15:08
| A A A
Bakıda küçənin ortasında bıçaqlanan şəxsin vəziyyəti ilə bağlı AÇIQLAMA

Ötən həftə Nəsimi rayonu, "Təzə bazar"ın yaxınlığında bıçaqlanan şəxsin vəziyyəti orta ağırdır.

Trend-in məlumatına görə, 1981-ci il təvəllüdlü Yaradanquliyev Ayxan Mahmud oğlu iyun ayının 11-də 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstə elə həmin gün dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, Y.Yaradanquliyevin vəziyyəti hazırda orta ağırdır və o reanimasiya şöbəsindən palataya köçürülüb.

Qeyd edək ki, mediada iyun ayının 11-dəki bıçaqlanmanın videogörüntüləri də yayımlanıb.

Sizin Reklam Yeriniz