news Image
2019.06.22
21:35
| A A A
"Meqafun"da partlayış olub?
Megafun" əyləncə mərkəzində hadisə baş verib. APA nımn məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonu A. Cəlilov 96 ünvanında yerləşən "Megafun" əyləncə mərkəzinin 2-ci mərtəbəsində insident baş vermişdir. İlkin dəqiqləşdirilmiş məlumata əsasən, "Megafun" əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində ani alışma olub, nəticədə 2 uşaq yanıq xəsarəti alıb. Daha bir neçə vətəndaşın xəsarət alması ehtimal edilir. Məlumat dəqiqləşdirilir, hadisə nəticəsində yanğın baş verməyib.