Əlaqə Arxiv
news Image
2019.06.25
12:35
| A A A
Binəqədi-Novxanı yolunda ağır qəza - 3 avtomobil sıradan çıxdı

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

"Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır.

Sizin Reklam Yeriniz