Əlaqə Arxiv
news Image
2019.07.09
17:52
| A A A
Samuxda iki avtomobil toqquşdu, ölən və xəsarət alan var

Samux şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyulun 8-də saat 11 radələrində Samux şəhərinin ərazisində Nəbiağalı qəsəbə sakini Elham Nəsibovun idarə etdiyi “VAZ-21070” və Göygöl rayon sakini N.Məhərrəmovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə E.Nəsibov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz