news Image
2019.07.10
14:01
| A A A
Azərbaycanda avtobus aşdı, 2-si əcnəbi olmaqla 6 nəfər xəstəxanada - ADLARI

Şəki şəhərində günorta saatlarında yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza saat 12 radələrində şəhərin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Mikroavtobusun idarətməni itirərək aşması nəticəsində 3-ü azyaşlı olmaqla 6 nəfər xəstəxanaya çatdırılıb.

Onlar mikroavtobusun sürücüsü döş qəfəsinin küt travması diaqnozu ilə gətirilən 1989-cu il təvəllüdlü Rüstəmov Anar Elyar oğlu, 1966-cı il təvəllüdlü İsayeva Nüşabə Camal qızı, alın nahiyəsinin hematoması diaqnozu ilə daxil olan əslən misirli olan 1960-cı il təvəllüdlü Aşraf Cəlal Saat oğlu, qızı 2007-ci il təvəllüdlü Selcan Cəlal Aşraf qızı, 2002-ci il təvəllüdlü Canəliyeva Aytən Xalid qızı və 2010-cu il təvəllüdlü Hacıyeva Ayan Pərcin qızıdır.

Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, şəxslər isə stasionar müalicə alınırlar.