news Image
2019.07.16
09:50
| A A A
Azərbaycanda növbəti mikroavtobus qəzası - Yaralılar var

Yevlaxda sərnişin mikroavtobusu minik maşını ilə toqquşub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax magistral yolunun Yevlax şəhərindəki nəqliyyat körpüsü yaxınlığında baş verib.

Belə ki, Bakı-Gəncə marşrutu ilə işləyən “Ford” markalı sərnişin mikroavtobusu “Opel” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan 4 nəfər – Bakı şəhər sakinləri, 1979-cu il təvəllüdlü Alıyev Yusif İsmayıl oğlu, 1973-cü il təvəllüdlü Dadaşova Afaq Fikrət qızı, Tovuz rayon sakinləri, 1975-ci il təvəllüdlü Niyazov Qələndər Cəfər oğlu və 1996-cı il təvəllüdlü Mayılova Səbinə Nüsrət qızı xəsarət alıb. Yaralılar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.