Əlaqə Arxiv
news Image
2019.07.16
14:45
| A A A
Ağstafada “Mercedes” aşdı, ölən və xəsarət alanlar var

Ağstafa rayonunun Tatlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 18 radələrində Ağstafa rayonunun Tatlı kəndi ərazisində Qazax rayon sakini İsmət Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz