Əlaqə Arxiv
news Image
2019.07.18
18:30
| A A A
Hoteldə gənc sevgilisini öldürən şəxsə hökm oxunub - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeronda hoteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Əliyev 18 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının 4 ilini qapalı rejimli həbsxanada çəkəcək.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" hotelində baş verib.

Belə ki, "Oskar" hotelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib.

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağada yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni A.Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

N.Əliyev qaçsa da, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.

Sizin Reklam Yeriniz