Əlaqə Arxiv
news Image
2019.08.09
15:09
| A A A
Şəkidə 29 yaşlı qızı avtomobil vurub, vəziyyəti ağırdır

Şəki rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Səfa Şahin qızı Abdullayevanı avtomobil vurub.

Ağır xəsarətlər alan S.Abdullayeva dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya qapalı kəllə-beyin travması və beyinə qan sızması diaqnozu qoyulub.

Vəziyyətinin ağırlığı nəzərə alınaraq o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz