news Image
2019.08.09
15:56
| A A A
Tovuzda qəzada üç nəfər ölüb

Daxili İşlər Nazirliyi (DİN) Tovuzda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, Tovuz şəhəri ərazisində Aşağı Quşçu kənd sakini A.Abbasovun idarə etdiyi “VAZ-21011”, Qazqulu kənd sakini Kamran Qasımovun idarə etdiyi “Daewoo” və Abulbəyli kənd sakini Müzəffər Hüseynzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə M.Hüseynzadə, K.Qasımov və onun avtomobilindəki sərnişinlərdən Cəlilli kənd sakini Nailə Murtuzəliyeva hadisə yerində ölüb, xəsarət almış digər üç sərnişin xəstəxanaya yerləşdirilib.

Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

money.az currency