Əlaqə Arxiv
news Image
2019.08.09
16:58
| A A A
Bakıda turistin əl çantası oğurlandı

Avqustun 5-də əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.

Sizin Reklam Yeriniz