news Image
2019.08.14
15:00
| A A A
Azərbaycanda silahlı insident – Ehtiyatsızlıqdan qonşusunu güllələdi

Xaçmaz rayonunda silahlı incident qeydə alınıb.

Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 12-də Xaçmaz rayonu Yeni Həyat kəndində yayaşayan R.Kamilov sağ və sol baldır nahiyəsindən qırma yaraları ilə xəstəxanaya gətirilib.

Araşdırmalar zamanı R.Kamilovun xəsarəti qonşusu Q.Binaliyevın yaşadığı evin həyətində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən alması müəyyən edilib.

Görülmüş tədbirlərlə Q.Binaliyev saxlanılıb və ondan müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

Araşdırma aparılır.

money.az currency