Əlaqə Arxiv
news Image
2019.08.19
13:28
| A A A
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Movqe.az-a  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.

Sizin Reklam Yeriniz