Əlaqə Arxiv
news Image
2019.08.22
16:11
| A A A
Hacıqabulda "Mercedes" yük maşınına çırpıldı, ölən və yaralanan var

Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 21-də saat 7 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində Ağstafa rayon sakini R.Fərəcov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini B.Rəcəbovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə R.Fərəcovun sərnişinlərindən Şahin İsmayılov hadisə yerində ölüb, digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz