Əlaqə Arxiv
news Image
2019.08.23
11:30
| A A A
Hacıqabulda mikroavtobus qəzaya uğrayıb, 8 nəfər yaralanıb

Hacıqabul rayonunda mikroavtobus qəzaya uğrayıb.

Movqe.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil magistralının Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun qəzaya uğraması nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şirvan şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz