Əlaqə Arxiv
news Image
2019.08.23
15:03
| A A A
Masallıda evdən 7100 manat, 220 avro və qızıl əşyalar oğurlanıb
Oğurluq edən M.Səlimov saxlanılıb

Masallı rayonu ərazisindəki evlərin birindən pul və qızıl əşyalar oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, oğurluq hadisəsi avqustun 4-də baş verib. Rayon ərazisindəki evlərin birindən 7100 manat və 220 avro, habelə qızıl əşyalar oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qızılağac kənd sakini M.Səlimov saxlanılıb. 

Sizin Reklam Yeriniz