Əlaqə Arxiv
news Image
2019.08.24
16:44
| A A A
Gizlədilən telefonlar üzə çıxarıldı
Gömrük nəzarətindən gizlədilən telefonlar aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən MÖVQE-yə bildirilib ki, Gürcüstandan gələn Rusiya vətəndaşının idarə etdiyi “VAZ-21114” markalı avtomobil Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb və nəqliyyat vasitəsinin sürücüsü şifahi sorğu-sual olunub. Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altında gömrük nəzarətindən gizlədilən 8 ədəd “Samsung Galaxy S9+” markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz