Əlaqə Arxiv
news Image
2019.08.25
08:20
| A A A
Bakı-Quba yolunda yol qəzası: xəsarət alanlar var
Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az "Report"a istinadən xəbər verir ki, Bakı-Quba yolunun 110-cu kilometrliyində Şabran rayonunun Ağbaş kəndi ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub. Nəticədə, avtomobillərdə olan 1959-cu il təvəllüdlü Ələm Bəhman oğlu Azayev, 1959-cu il təvəllüdlü İlham Gülümbala oğlu Gülmirzəyev və 1964-cü il təvəllüdlü Azayeva Aidə Dünyamalı qızı müxtəlif dərəcəli bədən xəsarətlərilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıblar. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz