Əlaqə Arxiv
news Image
2019.08.25
10:19
| A A A
Bakıda oğlan sevdiyi qızın olduğu binanın önündə fişəng atdı - KÜTLƏVİ DAVA BAŞ VERDİ
Ötən gecə Bakı şəhər Binəqədi rayo 9-cu mikrorayon ərazisində kütləvi dava-dalaş baş verib.Movqe.az xəbər verir ki, Adil Məmmədov küçəsi 11 ünvanında yerləşən binanın qarşısına gələn gənc oğlan həmin binada yaşayan sevdiyi qızı təsirləndirmək üçün fişəng atıb. Bunu görən bina sakinləri onu əhatəyə alaraq döyməyə başlayıb. Hadisə yerinə yaxınlıqdakı 7-ci Polis Şöbəsinin əməkdaşları gəlib və tərəfləri ayırmağa çalışıb. Baş vermiş hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Sizin Reklam Yeriniz