Əlaqə Arxiv
news Image
2019.09.09
13:11
| A A A
Bakıya satmaq üçün narkotik vasitələr gətirən şəxs tutulub

Bakıya satmaq üçün narkotik vasitələr gətirən şəxs saxlanılıb.

Bu barədə Movqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov paytaxt ərazisində saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda 72,6 qram yüksək təsiredici xassəyə malik narkotik vasitə heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb.

Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayab şəxsdən əldə etdiyini və satış məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz