Əlaqə Arxiv
news Image
2019.09.09
13:23
| A A A
DİN İmişlidə 5 nəfərin ölümüylə nəticələnən qəza barədə məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişli rayonununda 5 nəfərin ölümüylə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 9-da saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşırıb.

Avtomobil kanaldan çıxarılıb, sürücü və sərnişinləri - qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulub.

İmişli Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

Sizin Reklam Yeriniz