Əlaqə Arxiv
news Image
2019.09.11
14:45
| A A A
Sumqayıtda faciəvi hadisə - Qadın öldü

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 10-da saat 20 radələrində Sumqayıt şəhərinin Bədəlbəyli küçəsində şəhər sakini A.Rüstəmov idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən həmyerlisi Ədilə Quliyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz