Əlaqə Arxiv
news Image
2019.09.14
17:40
| A A A
İmişlidə avtomobil aşıb, 2 nəfər xəsarət alıb

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə İmişil şəhər Xanhüseyn Bəylərov küçəsində qeydə alınıb. 

Belə ki, rayonun Şahverdili kənd sakini, 1991-ci il təvəllüdlü İmanov Cəlil Daşqın oğlu idarə etdiyi “VAZ-2101” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın aşıb. 

Qəza nəticəsində sürücü və həmkəndlisi olan sərnişin, 1941-ci il təvəllüdlü İsmayılov Cəbrayıl Cabbar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz