Əlaqə Arxiv
news Image
2019.09.14
18:15
| A A A
Buzovnada piyadanı vuran sürücü saxlanılıb

Buzovnada piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Sizin Reklam Yeriniz