Əlaqə Arxiv
news Image
2019.09.15
11:31
| A A A
Sabirabadda bədbəxt hadisə - Maşın su kanalına aşdı

Sabirabad rayonunun Padarçöl kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Saatlı rayonunun 1965-ci il təvəllüdlü Cəfərxan kənd sakini Əliyev Nizami Bəymirzə oğlunun sükanı arxasında olduğu "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Nəticədə N.Əliyev hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz