Əlaqə Arxiv
news Image
2019.09.16
12:04
| A A A
Novxanı yolunda ölümlə nəticələnən qəzada yaralan şəxslərin kimliyi və vəziyyəti

Ötən gün Novxanıda ağır qəzada xəsaərt alan şəxslərin kimliyi məlum olub.

Trend-in məlumatına görə, 3 nəfərin ölümü ilə nəticələnən qəzada 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar iki müxtəlif şəhər xəsətəxanalarına çatdırılıblar.

Minik avtomobilinin sürücüsü 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızı, bacısı 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı, 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu 3 saylı Şəhər klinik Mərkəzə yerləşdiriliblər.

Məmmədov Samir İnqlab oğlu və Süleymanov Pərviz Mehman oğlu isə 1 saylı Klinik Tibbi Mərkəzə çatıdırılıblar. Hər iki şəxsə bud sümüyünün sınığı diaqnozu qoyulub, onlar reanimasiya şöbəsində müalicə alırlar.

Xatırladaq ki, ötən gün Binəqədi-Novxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Chevrolet" markalı avtomobil "Mercedes"lə toqquşub. "Mercedes"də olan şəxslər dünyasını dəyişiblər.

Sizin Reklam Yeriniz