Əlaqə Arxiv
news Image
2019.09.16
20:10
| A A A
Ata qızının toy günü İNTİHAR ETDİ - Üç uşaq atası idi

ABŞ-da bir evdə baş verən və məhəlləni sarsıdan güclü partlayış ölkə gündəminin əsas hadisəsinə çevrilib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı üç uşaq atası John Evans, qızlarından birinin toy günündə evini partladıb.

Pennsilvaniya ştatında baş verən patlayış şənbə günü günortadan sonra 14 radələrində qeydə alınıb.

Partlayış zamanı məhəllədəki bütün evlər titrəyib. Sakinlər nə baş verdiyini anlamaq üçün həyətə qaçıblar. Hadisə yerinə xilasetmə dəstələri gəlib.

Qısa zaman sonra patlayışın baş verdiyi evdən bir kişi cəsədi tapılıb, bir yaralı isə xəstəxanaya yerləşdirilib.

Yerli media, psixoloji problemi olduğu deyilən John Evansın qızı Laurenin toy günü intihar etdiyini yazıb.

Sizin Reklam Yeriniz