Əlaqə Arxiv
news Image
2019.09.19
15:20
| A A A
Heydər Əliyev prospektində avtomobil piyadanı vurub

Nizami rayonunun Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, sentyabrın 18-də saat 6 radələrində paytaxtın Nizami rayonunun Heydər Əliyev prospektində Tovuz rayon sakini S.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Rzabala Nizaməddinovu vurub və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz