Əlaqə Arxiv
news Image
2019.09.19
17:43
| A A A
Goranboyda “BMW” aşdı, ölən və yaralanan var

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumatına görə, sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz