news Image
2012.05.07
12:27
| A A A
Ətçəkən maşın uşağın barmaqlarını əzib

Mövqe.az FHN-in yaydığı xəbərə istinadən bildirir ki,  Hadisə Lənkəranın Bəlləbur kəndində baş verib. Valideynlərindən xəbərsiz elektrikli ətçəkən maşını işə salan 2010-cu il təvəllüdlü Əsna Mirələm qızı Cəfərzadənin sağ əli maşının içində  qalıb.  Uşağın qışqırığına yetişən valideynləri onu Lənkəran Mərkəzi iRayon Xəstəxanasına(MRX) çatdırıb. Həkimlərin müdaxiləsi nəticəsində körpənin əli ət maşınından çıxarılb. Balaca qıza  Lənkəran MRX-da sağ əlin əzilmiş, didilmiş yarası, 2-ci daraq sümüyünün açıq sınığı və 2-ci barmaq vəzilərinin əzilməsi diaqnozu qoyulub və müalicə üçün  Bakı şəhər Elmi-Tədqiqat Travmatologiya İnstitutuna göndərilib. Xatırladaq ki, bu Lənkəranda baş verən 3-cü belə analoji haldır.

Əfqanə Məzahirqızı

Mövqe.az