Əlaqə Arxiv
news Image
2019.10.07
15:44
| A A A
Biləsuvarda qəza - Yük maşını ilə toqquşan "Ford" sürücüsü öldü

Biləsuvar şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 5-də saat 9 radələrində Biləsuvar şəhəri ərazisində Bakı şəhər sakini Mirzə Mirzəyev idarə etdiyi “Ford Tranzit” markalı yük avtomobili qarşıda gedən Lənkəran rayon sakini S.Bəşirovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə M.Mirzəyev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz