Əlaqə Arxiv
news Image
2019.10.07
23:00
| A A A
Tovuzda 39 yaşlı kişi qoz ağacından yıxılıb öldü

Tovuz sakini ağacdan yıxılıb ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində baş verib.

Kənd sakini, 1980-cı il təvəllüdlü Qasımov Mehman Yunis oğlunun meyiti kənd ərazisindəki qoz bağında tapılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, M. Qasımov həmin bağda qoz ağacından yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz