news Image
2019.10.09
19:34
| A A A
Bakıda daha bir qətl — QISQANC ƏR ARVADINI ÖLDÜRDÜ


Nizami rayonund qətl hadisəsi baş verib.

Mövqe.az xəbər verir ki, qanlı hadisə Nizami rayonu ərazisində baş verib.38 yaşlı İlham Əkbərov 36 yaşlı həyat yoldaşı Cəvahir Əkbərovanı bıçaqlayaraq qətlə yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra Şəki rayonuna gedərək orada könüllü polisə təslim olub.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.