Əlaqə Arxiv
news Image
2019.10.10
10:35
| A A A
Sabunçuda bədbəxt hadisə - 19 yaşlı oğlanı məsciddə elektrik vurub öldürdü

Sabunçu rayonunda məsciddə ölüm hadisəsi baş verib.

Trend-in mənlumatına görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əfəndiyev küçəsi 15 ünvanında yerləşən Cümə Məscidində qeydə alınıb.

2000-ci il təvəllüdlü Masizadə Müstəqim Pənah oğlu oktyabrın 9-da axşam saatlarında məsciddə elektrik çaydanını götürərkən çaydanın elektrik hissəsi açıq olub. M.Masizadə çaydanın açıq elektrik hissəsindən tutarkən onu cərəyan vurub. Nəticədə, o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz