Əlaqə Arxiv
news Image
2019.10.10
23:38
| A A A
Balakəndə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Balakən rayonunun Qazma kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, oktyabrın 9-da saat 21 radələrində Balakən rayonunun Qazma kəndi ərazisində kənd sakini Əsəd Vəliyev idarə etdiyi "VAZ-2114" markalı avtomobillə yolu keçən həmkəndlisi Eşqin Hüseynovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Balakən RPŞ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz