Əlaqə Arxiv
news Image
2019.10.14
22:37
| A A A
Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb

Abşeronda avtobusu yandıran keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 12-də saat 4 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində qəsəbə sakini K.Nəcəfova məxsus “İsuzu” markalı avtobus yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, xəsarət alan olmayıb.

Avtobusu yandıran Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nəsirov könüllü olaraq Abşeron Rayon Polis İdarəsinə gələrək istintaqa təslim olub.

Araşdırma aparılır.

Sizin Reklam Yeriniz