Əlaqə Arxiv
news Image
2019.10.18
12:55
| A A A
Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb

Abşeronda evdən xeyli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz