Əlaqə Arxiv
news Image
2019.11.05
17:56
| A A A
Oğuzda 5 yaşlı uşağı avtomobil vurub

Oğuz rayonunda 5 yaşlı uşağı avtomobil vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil Padar kəndinin sakini, 2014-cü il təvəllüdlü Rəşad Rüstəm oğlu Məzahirovu vurub. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağın vəziyyəti ağır olduğundan daha sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Sizin Reklam Yeriniz