Əlaqə Arxiv
news Image
2019.11.06
14:37
| A A A
Salyan və Şəki sakinlərindən silah götürülüb

Salyan və Şəki sakinlərindən silah götürülüb.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xalac kənd sakini M.Abıyevin evindən müvafiq sənədləri olmayan “TOZ-B” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakini Q.Həmidovdan müvafiq sənədləri olmayan “İJ-K” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz