Əlaqə Arxiv
news Image
2019.11.07
15:15
| A A A
Bakı sakini avtomobillə vurduğu qadını öz qohumunun evinə aparıb, piyada evdə ölüb

Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Məmişova vurulub.

Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, noyabrın 6-da saat 13 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakini Elyanə Məmişovanı vurub.

Daxili İşlər Nazirliyindən Mövqe.az-verilən məlumata görə, nəticədə N.Ağazadə xəsarət almış E.Məmişovanı həmin qəsəbədə yaşayan qohumunun evinə aparıb və təcili tibbi yardım stansiyasının həkimləri gələnədək E.Məmişova orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Sizin Reklam Yeriniz