Əlaqə Arxiv
news Image
2019.11.08
13:52
| A A A
Ağcabədi sakinindən narkotik və tapança götürülüb

Ağcabədi sakinindən narkotik və tapança aşkarlanıb.

Bu barədə Mövqe.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz