news Image
2019.11.08
22:22
| A A A
Polis başı kəsilmiş qadının cəsədini tualetdə tapdı

Nyu-Yorkda baş verən dəhşətli qətl hadisəsi polisləri də şoka salıb. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Yonatan Tedla adlı kişi həyat yoldaşını və azyaşlı qızını vəhşicəsinə qətlə yetirib.

Qonşuların səs-küyü eşidib polisə məlumat verib. Hadisə yerinə gələn polislər onu yataq otağında asılı vəziyyətdə tapıblar.  Yonatan həyat yoldaşının başını bədənindən ayırıb, qucağına qoyub. O 5 yaşlı qızı  Abayne Şleftin də boğazını kəsib və daha sonra intihar edib.  42 yaşlı həyat yoldaşı Cenifer Şleftin cəsədi  tualetdə, azyaşlı qızının xəsədi isə digər otaqda tapılıb. \

Qadının atası mətbuata açıqlama verən zaman məyus olduğunu bildirib və kürəkəninin qızını dəfələrlə təhdid etdiyini dilə gətirib.

Onun dediyinə görə,  46 yaşlı kürəkəninin bu hadisəni törətməsinə səbəb  qızı Cenifer Şleftin ondan boşanmaq istəməsidir. Qonşular isə cütlüyün ətrafda yaxşı ailə təəssüratı bağışladıqlarını bildiriblər. 

Qeyd edək ki, başı kəsilən qadın ailə münaqişələrində gənc qızlara dəstək olan təşkilatlardan birinin işçisi olub.