Əlaqə Arxiv
news Image
2019.11.11
12:42
| A A A
Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? TƏFƏRRÜATLAR
Gəncədə 30 yaşlı kişinin qətlinin təfərrüatları məlum olub. Mövqe.az-ın  məlumatına görə, hadisə gecə saatlarında baş verib. Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Mirağa Əliyevin idarə etdiyi avtomobillə əks istiqamətdə hərəkət 1990-cı il təvəllüdlü Dajban Nicat Elçin oğlunun idarə etdiyi minik maşını toqquşub. Hadisə hər iki sürücünün mübahisəsinə səbəb olub və mübahisə davaya çevrilib. Hadisə yerindən uzaqlaşan hər iki sürücü sonradan şəhər ərazisində görüşüb. D.Nicat üzərində gəzdirdiyi bıçaqla M.Əliyevə ürək nahiyəsindən iki zərbə endirərək qətlə yetirib. Hadisəni törədən D.Nicat saxlanılıb.
Sizin Reklam Yeriniz