Əlaqə Arxiv
news Image
2019.11.12
14:38
| A A A
Narkotik vasitə - tiryək aşkarlanıb

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam

Respublikasından gələn həmin ölkə vətəndaşı Pour Nabi Mavaneh Abdollah Aziz
oğlu saxlanılıb vəəl yükü rentgen aparatından keçirilərkən monitorda şübhəli
predmetlərin təsviri görünüb.
Yoxlama zamanı vətəndaşa məxsus 1 ədəd qara rəngli sellofan torbada olan karton
qutunun içərisində, 2 ədəd yumru formalı ehtiyyat hissələrinin hər birinin
daxilindəki boşluqda, aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə,
gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3420 qram olan qara rəngli narkotik
vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Sizin Reklam Yeriniz