Əlaqə Arxiv
news Image
2019.11.13
18:19
| A A A
Şəmkirdə 13 yaşlı yeniyetmə özündən 2 yaş böyük gənci bıçaqlayıb

“Report”un xəbərinə görə, hadisə noyabrın 12-də saat 20:30 radələrində rayonun İsrafil Məmmədov küçəsində baş verib.

Belə ki, Şəmkir rayon sakini, 2004-cü il təvəllüdlü T.Nağıyev şəxsi münasibətlər zəminində həmyerlisi, 2006-cı il təvəllüdlü E.Yusifovtərəfindən bıçaqlanıb.

Yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağrı zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Sizin Reklam Yeriniz